Levon Ter-Petrosyan: «Qarabağ məsələsi artıq həll olunub»

“Ermənistanın Qarabağda səs vermək hüququ və rolu yoxdur. Qarabağ məsələsi artıq həll olunub”.

Bu sözləri Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan deyib.

Həmçinin Ermənistan Respublikasının eks-prezidenti vurğulayıb ki, Ermənistanı Azərbaycan və Türkiyə ilə ağrılı qərarlar və müqavilələrin imzalanması gözləyir.

Levon Ter-Petrosyan birbaşa deyib ki, Birləşmiş Ştatlar münaqişənin həlli prosesinə qarışmamalıdır:

“ABŞ vəziyyətimizi daha da çətinləşdirmədən bizim az-çox məqbul bir həll yoluna gəlmək imkanımız var. Ukrayna ilə müharibə səbəbindən Rusiyanın imkanları xeyli zəifləyib”.

Günel Mikayılova

Mənbə: KONKRET.az

Bu xəbəri paylaşın: