Ermənistan KTMT-dən «küsüb», təlimlərdə iştirak etməyəcəyini bildirib

Ermənistan bu il KTMT-nin Qazaxıstandakı təlimlərində iştirak etməyəcək. Qərar Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlıdır.

Bu barədə Müdafiə Nazirliyindən “İnfocom”un sorğusuna cavab olaraq bildirilib.

Bundan əvvəl Qazaxıstan Müdafiə Nazirliyi məlumat vermişdi ki, sentyabrın 26-dan oktyabrın 8-dək Jambul və Alma-Ata vilayətlərində “Qarşılıqlı fəaliyyət-2022”, “Poisk-2022” və “Eşelon-2022” təlimləri keçiriləcək.

Ermənistanın təlimlərdə iştirakı ilə bağlı suala Müdafiə Nazirliyindən bildirilib ki, “Azərbaycanla müharibə nəticəsində Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyəti nəzərə alaraq, Ermənistan Respublikasının Müdafiə Nazirliyi Ermənistan Respublikası Silahlı Qüvvələrinə həvalə edilmiş tapşırıqları yerinə yetirərək, Ermənistan Respublikası Silahlı Qüvvələrinin bölmələrinin Qazaxıstan Respublikasında KTMT çərçivəsində keçirilən təlimlərdə iştirak etməmək qərarına gəlib.

Bu xəbəri paylaşın: