Azərbaycanın hər yerində, o cümlədən idarə və təşkilatlarda 27 Sentyabr Anım Günü tədbirləri keçirilib. Belə müəssisələrdən biri də «Azərsu» ASC Binəqədi rayon Sukanal İdarəsidir.
Bu barədə məlumat verən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov buldirdi ki, Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır. Həmişə olduğu kimi «Azərsu» ASC Binəqədi rayon Sukanal İdarəsinin kollektivi bu gün şəhidlərimizi andılar. Ümumiyyətlə, «Azərsu» ASC Binəqədi rayon Sukanal İdarəsinin Rəisi Elçin Bağırov daim müharibə iştirakçılarına, şəhid ailələrinə və cəbhədəki əsgərlərimizə öz diqqət və qayğısını əsirgəməyib.
Allah şəhidlərimizə rəhmət eləsin!



