Nərimanov rayonundan olan müharibə veteranları 27 Sentyabr Anım Günü ilə bağlı rayon İcra Hakimiyyəti tərəfindən verilən ehsan süfrəsində iştirak ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, Nərimanov rayon şöbəsinin sədri Qurban Osmanov məlumat verib.


Qurban Osmanov bildirdi ki, rayonun müharibə veteranları tədbirlərdə iştirak etdikdən sonra Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən verilən ehsan mərasimində iştirak ediblər. Hər il rayonda bu cür mərasimlər keçirilir və şəhidlərimizin əziz xatirələri anılır. Bu il də müharibə iştirakçıları və şəhid ailələrinə öz diqqət və qayğısı ilə seçilən Nərimanov rayon İcra Hakimiyyəti Başçısı Elgün Həbibullayev və Başçının müavini İradə Mahmudova şəhidlərin xatirəsini yad etmək üçün mərasimdə iştirak etdilər.
Ümumiyyətlə, Nərimanov rayonunda hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tuturlar. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram göstərilir.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elnur
