AVMVİB Zəngilan rayon şöbəsi iş başındadır…

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsinin sədri, Fədai.az könüllüsü Azad Musayevin rəhbərliyi ilə rayon şöbəsinin üzvləri öz imkanları hesabına hərbi strateji mövqelərin möhkəmləndirilməsi üçün ön cəbhədəki yeni mövqelərə ləvazımatlar, xüsusən də təkər daşımağı elə 27 Sentyabrda da davam etdiriblər.

Sosial şəbəkədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsinin sədri A.Muayevin ön cəbhədən paylaşımında deyilir: «Başımın üstündə dalğalanan 3 rəngli Bayrağımla Qürür duyuram. 12-15 sentyabr 2022-ci il döyüşləri bir daha göstərdi ki, bizim xalqımız yenilməzdir!»

Bu müqəddəs işdə döyüşçü qardaşlarımıza uğurlar diləyirik və bir xatırlatma edək ki, AVMVİB Zəngilan rayon şöbəsi hələ 2020-ci ildən təkər və digər ləvazımatlar daşıyanda müharibənin heç qoxusu gəlmirdi. Ona görə də yardım edək, onlar daşıdıqca torpaqlarımız azad olunur. Əlbəttə bu bir zarafatdır, amma reallığa söykənən zarafatdır…

Fədai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: