Ermənistanın müəyyən siyasi xadimləri tərəfindən KTMT-nin ünvanına səsləndirilən əsassız tənqidlər faydalı deyil və qarşılıqlı məqbul həll yollarının tapılmasına töhfə vermir.
Bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.
O bildirib ki, bu siyasətçilərin bu cür destruktiv bəyanatların heç bir faydası yoxdur.
Zaxarova, həmçinin qeyd edib ki, Moskva bir sıra qeyri-regional oyunçuların Cənubi Qafqaz regionuna qeyri-sabitlik gətirmək cəhdlərini görür.
Bu xəbəri paylaşın:
