ABŞ Ermənistanın «Taco LLC» (Taco) şirkətinə sanksiya tətbiq edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatda deyilib.
Ermənistan şirkəti Rusiya ordusuna dəstək verməkdə ittiham olunur. Şirkət Rusiyanın «Radioavtomatika» kompaniyasının təchizatçısıdır.
Məlumata görə, «Radioavtomatika» Taco LLC-yə komponentlərin idxalı və Ermənistan daxilində satınalma prosesinin aparılması üçün pul ödəyib.
Sanksiya siyahısında kompaniyanın Çin və Belarus şirkətləri də var.
Bu xəbəri paylaşın:
