Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan müharibə veteranı, ehtiyatda olan kapitan Əkbərov Rza Sultan oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Fədai.Az kollektivi səmimi qəlbdən təbrik edir, həyatda insan ücün ən şirin nemət olan möhkəm can sağlığı uzun ömür, fəaliyyətində isə uğurlar arzulayır.
Kapitan Əkbərov Rza Sultan oğlu 1967 — ci ilin oktyabr ayının 1 – də Azərbaycan Respublikasının Cəlilabad rayonun Müsalı kəndində zəhmətkeş ailədə dünyaya göz açıb.


Kapitan Əkbərov Rza Sultan oğlu 1984 — ci ildə Cəlilabad rayonunun Ləkin kənd tam orta məktəbini, 1992-ci — ci ildə Azərbaycan Kənd Təsərrüfatının Akademiyasının bitirib. O, Müdafiə Nazirliyinin hərbi hissələrində xidmət etdiyi illər ərzində , Müdafiə Nazirliyinin Korpus və hərbi hisslərində keçirilən bir çox metodiki — təlim toplanışlarda, xüsusi — taktiki təlimlərdə , Komando — qərargah məşqlərində, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1985 -1987 — ci illərdə Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə olub.
1992 — 1993 — cü illərdə Cəlilabad rayonun Müsallı kolxozunda kadrlar şöbəsinin müdiri vəzifəsində işləyib.
1993- 2001 – ci illərdə Azərbaycan Ordusunun Döyüş bölgələrində ( Ağdam, Ağcabədi,Füzuli və Beyləqan rayonları ərazisində) yerləşən hərbi hisslərdə Taqım komandiri, minatan batareya komandiri vəzifəsində Vətənə,Dövlətə və Xalqa ləyaqlətlə xidmət edib.Motoatıcı taborun qərargah rəisi və taborun maddi texniki təminat xidmətləri üzrə müavini vəzifələrinin icra edib. 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2-ci qrup əlildir.
1993 – 1994 — cü illərdə Azərbaycanın Ərazi bütövlüyü uğrunda (Ağdam, Beyləqan, Füzuli və rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
O, Azərbaycan Ordusunda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi nizamnamələrin tələblərinin əmir və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində tabeliyində olan hərbi qulluqçulara daimə nümunə olmuşdur.

Kapitan Rza Əkbərovun hərbi yoldaşları onu vətənpərvər, cəsarətli, qorxmaz, saxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O,istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, qohum-əqrəba, dost — tanış arasında özünə layiq hörmət qazanıb .
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında , respublikada əmin — amanlığın təmin edilməsində, öz xidməti vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif edilib:
-“Böyük Zəfər” Medalı ilə;
-“Müharibə Veteran” Medalı ilə;
-“Sillahlı Qüvvələrin Yaranmasının 100 illiyi ” (1918-2018) medalı ilə
-“Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin 25 illiyi” (1994-2019) medalı ilə
Doğum günün mübarək, Rza bəy!
100 yaşa, sağlam yaşa!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin hüquq işləri üzrə müavini polkovnik Salman Musayev


