Erməni əsgəri hərbçi yoldaşını azərbaycanlı zənn edib güllələdi

Ermənistan ordusunun əsgəri hərbçi yoldaşını azərbaycanlı zənn edib güllələyib.

Erməni mediası xəbər verdiyinə görə ərbçinin ölümü faktı üzrə döyüş növbətçiliyi və döyüş xidməti qaydalarının pozulması faktı üzrə cinayət işi başlanıb.

“İlkin məlumata görə, 30 sentyabr 2022-ci il tarixində saat 23:40 radələrində N saylı hərbi hissənin döyüş postunda olan müddətli həqiqi hərbi xidmət qulluqçusu addım səsi eşidib. O, düşmən ordusunun hərbçisinin ona yaxınlaşdığını zənn edib və müəyyən edilmiş döyüş növbətçiliyi qaydalarını pozub.

O, həmkarı istiqamətində ona təhkim edilmiş AKM avtomatından atəş açıb, nəticədə əsgər ölümcül güllə yarası alıb. Nəticədə sentyabrın 30-da N saylı hərbi hissənin döyüş mövqeyində 2003-cü il təvəllüdlü çağırışçı əsgər Qraçya Karamyan aldığı güllə yarasından ölüb.

Atəş açan əsgər Ermənistan Cinayət Məcəlləsinin 540-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinərək saxlanılıb.

Faktla bağlı ilkin araşdırma aparılır”, – deyə məlumatda bildirilir.

Bu xəbəri paylaşın: