Yüksək peşəkarlığı və humanistliyi ilə, işguzarlığ və mənəvi keyfiyyəti ilə, nəzəri və praktiki biliyi ilə, öz üzərində daimi işləməyi ilə,təşkilatçılıq bacarığı ilə, nəzakəti və təvəzukarlığı ilə, dəqiqliyi və təmkinliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünü Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Baş İdarəsində və Daxili işlər Nazirliyinin hərbi məsələlər üzrə köməkçi xidmətində keçirən ehtiyatda olan polkovnik- leytenant Şirinov Sabir Ramazan oğlunun 2 sentyabr 65 yaşı tamam olur.
Bu gün münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi müharibə veteranı ehtiyatda olan polkovnik- leytenant Şirinov Sabir Ramazan oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir. Ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti, həyat yolarında bitib — tükənməyən nailiyyətlər arzulayr.
Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.



Polkovnik leytenant Şirinov Sabir Ramazan oğlu 02 sentyabr 1957- ci ildə Ismayıllı rayonun Uştaqişlaq kəndində anadan olub.0,1964- cü ildə Ismayıllı rayonun Uştaqişlaq kəndində birinci sinifə getmiş 1974-cü ildə isə həmin orta məktəbi bitirib. 1974 cü ildə Ç. İldırım adına Politexnik İnistituna daxil olub, 1975-1977-ci illərdə Sovet Ordusunun Arxangelsk vilayətində yerləşən hərbi hissədə müdddətli həqqi hərbi xidmətdə olub. Sabir Şirinov Həqiqi hərbi xidmətdən ehtiyata buraxldıqdan sonra təhsilini Ç .İldırım adına Poltexnik İnistutunda davam etdirmiş və həmin İnistitu 1981-ci ildə bitirmişdir.
Polkovnik- leytenant Sabir Şirinov Keramika Zavodunda, Kənd Təsərrüfatı Nazirliyində, Avtomobil və Nəqliyyat Nazirliyində məsul vəzifələrdə işləyib. 1992 -ci ilin yanvar ayından — 2014-cü ilin dekabr aynın sonuna kimi Daxili Qoşunların Baş İdarəsinin Nərimanov rayonunda yerləşən hərbi hissələrdə müxtəlif vəzifələrdə, Daxili Qoşunların Baş İdarəsində Yanacaq Sürtgü Materialları Xidmətinin rəisi, Daxili Qoşunların Bas İdarəsinin İnspeksiyasında inspektor, DİN- in hərbi məsələlər üzrə köməkçi xidmətində isə baş zabit vəzifələrində xidmət etmişdir.
O, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbı nizamnəmələrin, direktivlərin, təlimatların, əsasnamə və əmrlərin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olaraq, Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
Polkovnik-leytenant Şirinov Sabir Ramazan oğlu peşəkarlığı və humanistliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 22 (iyrimi iki) ildən çox şərəfli xidməti yolunu Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının bas İdarəsində və Din-in hərbi məsələlər üzrə köməkçi xidmətində kecirib.


Müharibə veteranı ehtiyatda olan Sabir Ramazan oğlu Şirinov Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin İnispeksiyasinın 2000 ci ilin yanvar ayından -yarandığı gündən uzun müddət İnispeksiyada inispektor vəzifəsində xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsinin İdarə, şöbə və xidmətlərində, hərbi hissə və əlahiddə bömələrində İnispeksiya ( yekun, təlim, ümumi və qəfləti) yoxlamaların keçirilməsi üzrə müasir tələblərə uyğun lazımi normativ hüquqi aktların ( tədris fənləri üzrə müvafiq testlərin,bal sistemi ilə, idarə,şöbə və xidmətlərin,hərbi hissə və əlahiddə bölmələrinin yoxlama və qiymətləndirmə suallarının ) hazırlanmasında,yoxlamaların isə obyektiv aparılması, düzgün qiymətləndirilməsi üzrə üzərinə düsən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.
O,Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlıqla mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində,fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində hərbi hissəyə həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Sabir Şirinov qorxmaz,insanpərvər, saxavətli, əliaçıq, vəfalı,zəhmətkeş baş zabitdir, yaxşı ailə başçısıdır.O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost- tanış , qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Ehtiyatda olan polkovnik leytenant- Sabir Şirinov Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Sabir Şirinov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Baş İdarəsində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində Xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyət və şərəf hissi ilə yanaşdığna görə o,daimi Daxili QoşunlarKomandanlignin diqqət mərkəzində olmuşdur.
Ehtiyatda olan polkovnik leytenant- Sabir Şirinov Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.


O, Daxili Qoşunların Baş İdarəsinində xidmət etdiyi illər ərzində, xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş və ictimai hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, İnispeksiya rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

O, Xidmətdə fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafıq əmrləri ilə Azərbaycan Respublikasının yaranmasının 10- illiyi, 90 -illiyi, 95 -illiyi yubiley, Qüsursuz Xidmətlərə görə isə 1-ci, 2-ci və 3-cü dərəcəli medalarla ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, SABİR BƏY!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ…UNUTMA Kİ HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR.BU İLIN SONUNDA GERIYƏ BAXDIGINDA ÜMİD EDİRƏM BİR «MÖCÜZƏ İLDİR » DEYƏRSƏN…BÜTÜN ARZULARININ REALLAŞMASI DİLƏYİMLƏ…XOŞBƏXT İLLƏRƏ…
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüqüq məsələləri üzrə müavini polkovnik Salman Musayev


