Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) ölkəmizin İraqdakı səfirliyinin təşəbbüsü ilə Kərkük şəhərində “Füzuli” orta məktəbinin şagirdlərinə dərs vəsaitləri ilə birgə 120 məktəb çantası hədiyyə edib.
Bu barədə AİDA-nın “Twitter” hesabında bildirilib.
Qeyd olunub ki, Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Nasir Məmmədovun çatdırdığı hədiyyələr arasında xüsusi hədiyyə — Şuşa haqqında kitab da olub.
