Oktyabrın 15-də xarici ekspertlər və QHT-lərdən ibarət nümayəndə heyəti Xocavənd rayonunun Edilli kəndinə səfər edib.
Nümayəndə heyətinin tərkibində Çexiya, Slovakiya, Polşa, Finladiya, Serbiya, Ruminya, Türkiyə Estoniyadan olan QHT-lərin əməkdaşları və öz ölkələrində parlamentdə şəxslər iştirak edirlər.
Nümayəndə heyəti Edillidə aşkar olunan kütləvi məzarlığa baş çəkiblər. Nümayəndə heyəinə aşkar olunmuş kütləvi məzarlıq barəsində ətraflı məlumat verilib.
“Edillidə baş vermiş bütün bu cinayətlərin araşdırılıb məhkəməyə verilməsi vacibdir. Beynəlxalq ictimaiyyətin həqiqəti bilməsi və Qarabağda baş verənlərə obyektiv baxışın olması vacibdir”.

“Report”un Xocavənd rayonunun Edilli kəndinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Estoniyadan olan yazıçı və pedaqoq Kersti Kiviryut deyib.
Onun sözlərinə görə, dünyaya dəqiq faktlar təqdim etmək lazımdır:
“Təbliğata qarşı ən yaxşı mübarizə faktlardır. Edillidə baş verənlərin hamısı həqiqətdir və onu dünyaya çatdırmaq lazımdır”.
Qeyd edək ki, oktyabrın 15-də xarici ekspertlərdən və QHT nümayəndələrindən ibarət nümayəndə heyəti Xocavənd rayonunun erməni işğalından azad edilmiş Edilli kəndində olub. Heyətin tərkibinə Çexiya, Niderland, Polşa, Finlandiya, Serbiya, Rumıniya, Türkiyə və Estoniyadan olan QHT nümayəndələri daxildir.
“Burada gördüklərimiz, bu insanlara qarşı edilənlər həqiqətən utancvericidir. Onları diri-diri basdırıblar, onların əl-ayaqlarını kabel, kəndir və ya məftillə bağlayıblar. Biz deyə bilərik ki, bunu yalnız vəhşilər edə bilər”.

APA xəbər verir ki, bunu bu gün Xocavənd rayonunun Edilli kəndindəki kütləvi məzarlığa səfər edən niderlandlı yazıçı Henri Van Rens deyib:
“Mən Makronu axmaq adlandırıram. O, bütün ermənilərlə razıdır və ancaq burada baş verənləri vecinə almır. Onlar buraya diqqət yetirmir, elə mənim hökumətim də. Onlar deyirlər ki, “ola bilər ki, bu, baş vermiş olsun”. Ancaq siz buranı ziyarət edən niderlandlı parlamentariləri görürsünüzmü? Xeyr. Siz onları görmürsünüz. Düşünürəm ki, onlar ABŞ, Fransa, Almaniya və ya hansısa başqa ölkələrdən qorxurlar. Bəziləri də ermənilərdən maliyyə dəstəyi alır”, — deyə Henri Van Rens əlavə edib.
Niderlandlı yazıçı həmçinin bildirib ki, bütün bunlar — birinci və ikinci Qarabağ müharibələrində törədilmiş kütləvi qırğınlar, məcburi köçkünlər və s. barədə kitabında qeyd edib:
“Bu kitaba görə, bəlkə də, bəzi problemlərlə üzləşəcəyəm, amma, bu, məni narahat etmir”.
“İşğaldan azad edilmiş ərazilərdə müşahidə olunan bütün dağıntıları, dağıdılmış şəhər və kəndləri sözlə ifadə etmək çox çətindir”.

“Report”un Xocavənd rayonunun Edilli kəndinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Birinci Qarabağ müharibəsində iştirak etmiş Azərbaycan hərbçilərinin kütləvi məzarlığının aşkar edildiyi Edilliyə səfər edən xarici Çexiyanın “Avropanın açıq qapıları” Fondunun prezidenti Stanislava Rusova deyib.
“Çox minnətdaram ki, bizi bura gətirdilər və mən hər şeyi öz gözlərimlə görə bildim. Bu, mənim Azərbaycana ilk səfərimdir və gördüyüm dağıntıların və faciənin miqyası sadəcə təsviredilməzdir”, — o bildirib.
Onun sözlərinə görə, insan üçün həqiqətin şahidi olmaq, hər şeyi öz gözləri ilə görmək çox vacibdir. “O zaman bunu dünyaya çatdıra bilirsən, heç olmasa, bunu etməyə çalışırsan”, — S.Rusova vurğulayıb.
“Bura (Edilliyə — red.) mümkün qədər çox insan gətirmək lazımdır, çünki belə təəssüratlar uzun müddət qalır. Çoxlu məlumat və hüquqi işlər aparmaq lazımdır ki, burada baş verənləri bütün dünya görsün”.

“Report”un Xocavənd rayonunun Edilli kəndinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Belçikadan olan QHT nümayəndəsi Angele Kedaytene deyib.
O, gördüklərindən şoka düşdüyünü bildirib:
“İlk dəfədir belə bir şey görürəm. Hər şeyi öz gözlərimlə görmək çox acınacaqlı mənzərədir və gördüklərimi ömür boyu unutmayacağam”.
“Dünyada çoxlu soyqırımı olub. Holokost bütün faciəni dünyaya göstərmək və beynəlxalq ictimaiyyətə çatdırmaq üçün nümunədir. Ona görə də susmamaq çox vacibdir”, — A.Kedaytene vurğulayıb.
