Tarixi boyu həkimlik sənətinə ülvi bir peşə, həkimə isə müqəddəs bir şəxs kimi yanaşılmışdır. Sənədini mükəmməl bilən insanların sağlamlığının keşiyində ləyaqətlə duran, onların qayğısına qalan həkimlərin xətri el-oba əziz tutulmuşdur. Hətta el arasında müdrüik adamları loğmanla müqayisə edirlər.
Həkim adını daşımaq nə qədər məsuliyyətli olsada bir o qədər də şərəflidir. Xalqımın səhhətini qorumaq, hər kəsin öz sağlamlığını və həyatın etibar edəcəkləri qədər inamını qazanmaq hər insana nəsib olmur. Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edərək, xarakteri ilə səhhətlərində yaranmış problemlərini unutduraraq onların etimadını qazanmaq həkimlərin peşə vəzifələrinin ən ümdə məqamlarından biridir.
Şərəfli ömür yolu kecmiş, insanların sağlamlığını ləyaqətlə qorumuş və qayğıkeş həkim kiçikdən — böyüyə onu tanıyanların hər birinin rəğbətini qazanmış, dürüst, vətənpərvər, gözəl insan və əlləri qızıl olan, müharibə veteranı, ehtiyatda olan tibb xidməti polkovnik — leytenantı Ürfan Mustafayevin oktyabr ayının 16 — da 57 yaşı tamam olur.


Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan ehtiyatda olan tibb xidməti polkovnik — leytenantı Ürfan Lətif oğlu Mustafayevi doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və uzun ömur arzulayir. Urfan həkimin yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin, hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Tibb Xidməti polkovnik leytenantı Mustafayev Ürfan Lətif oğlu 1965 -ci ilin oktyabr ayının 16 -da qədim qəhrəmanlar diyarı Gəncə şəhərində anadan olub.
1982 — ci ildə Gəncə şəhərində orta məktəbi,1993-cü ildə isə Bakı şəhərində Azərbaycan Dövlət Tibb İnstitutunu bitrib, Həkimlərin təkmilləşmə İnstitutunda müvafiq kurslarda olub. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində (hərbi hospitalında) kecirlən bir cox bir çox metodiki- təlim toplanışlarda, xüsusi -taktiki təlimlərdə,semnar və konfranslarda fəal iştirak edib.
1984- 1986 cı illərdə SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olub.
1993-2020-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Gəncə şəhərində, Hacıqabul və Bərdə rayonlarında yerləşən hərbi hissələrində tibb məntəqəsinin rəsi və tibb xidmət rəisi, Daxili Qoşunların hərbi hospitalının reanimasiya şöbəsində ordinator, Daxili Qoşunların Baş İdarəsinin Tibb şöbəsində isə baş zabit vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
Ürfan həkim xidmət dövründə dəfələrlə ön cəbhədəki hərbi səhra lazaretində olmuş, burdakı yaralılara ilkin tibbi yardım göstərmişdir. Birbaşa ön mövqedə döyüşcülərlə bir yerdə olub, yaralara yeganə ümüd verən Urfan həkim peşəsindən irəli gələn vəzifə borclarını vicdanla yerinə yetirmişdir. Vətənə təmənnasız xidmətləri ilə qanlı döyüş meydanlarında yaralıların ona olan ümidini ürəkacan əməllərlə doğurmuşdur .
Hərbi yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost — tanış , qohum — əqraba arasında özünə böyük hörmət qazanıb.
Azərbaycan Respublikasında ictimai qaydanın qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, Fövqalədə vəziyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində eləcədə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi istiqamətində, Hərbi Andın, Hərbi və Daxili Qoşunların Döyüş xidməti nizamnamələrin tələblərinin yerinə yetirilməsində bir cox hərbi qulluqçulara və həkimlərə şəxsi nümunə olmuşdur. Hippaokrat andı icən Urfan həkim o, anda sona qədər sadiq olaraq, ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Səmərəli fəaliyyətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Tibb şöbə rəisinin və hərbi hissə komandirlərinin (hərbi hospital rəisinin) müvafiq əmrləri ilə, əla xidmətlərə görə döş və yubiley nişanları ilə təltif olunub , fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb, ona təşəkkür elan edilib və aşağıdakı medalarla təltif edilib:
— «Qüsursuz Xidmətə Görə » 2 dərəcəli medal ilə
— Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə,
— » Qüsursuz Xidmətə Görə » 3 dərəcəli medal ilə
— Silahlı Qüvvələrdə 10təqvim ili xidmətə görə,
— «Qüsursuz Xidmətə Görə 1 -ci dərəcəli medalı ilə;
— Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə;
— «Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi ( 1991 — 2001) yubiley medalı ilə;
-«Silahlı Qüvvələrin yaranmasının» 90 illiyi ( 1918 — 2008 ) yubiley medalı ilə;
— » Silahlı Qüvvələrin yaranmasının » 95 ( 1918- 2013) illiyi yubiley medalı ilə;
-» Silahlı Qüvvələrin yaranmasının ( 1918 — 2018 ) 100 illiyi yubiley medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ÜRFAN HƏKIM .
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin hüquq məslələri üzrə müavini polkovnik Salman Musayev

