Binəqədi rayonunda Şəhid Bulağı abidə kompleksinin açılışı olub

Binəqədi rayonu Biləcəri qəsəbəsində 44 günlük Vətən Müharibəsi şəhidi əslən Laçın rayonundan olan Seyid Tural Gəray oğlunun xatirəsinə inşa edilmiş Şəhid Bulağı abidə kompleksinin açılış mərasimində iştirak etdik.

Tədbirdə Laçın rayonundan Milli Məclisin deputatı Mahir müəllim, şəhid ailələri, şəhidimizin oxuduğu Laçın rayon 45 saylı məktəbin kollektivi və bulağı ərsəyə gətirən şəhidimizin dostları və qonşuları iştirak edirdilər.

Tədbir Şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad etməklə və Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Sonra Şəhidimizin valideyinləri abidə kompleksinin açılışını etdi. Söz çıxışçılara verildi. Şəhid valideyinləri, Lamın rayonunun deputatı Mahir müəllim çıxış etdikdən sonra söz AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayevə verildi.

Azad Musayev çıxış etdikdən sonra Bəstəkar Fərahim Sadiqin rəhbərliyi ilə və AVMVİB Zəngilan rayon şöbəsinin üzvlərinin birlikdə ərsəyə gətirdiyi «ƏSGƏRnamə» səsləndirildi və bu kompozisiya bütün tədbir iştirakçılarının rəğbətilə qarşılandı.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Azad Musayev

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsinin sədri

Bu xəbəri paylaşın: