Dmitri Medvedyev Makronu yerlə-yeksan edib

Dmitri MEDVEDYEVİN Fransa prezidenti E. Makrona cavabi: «MAKRONUN NƏYƏ GÖRƏ ERMƏNİSTANA OLAN SEVGİSİNDƏN DANIŞDIĞI AYDINDIR…»

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa prezidenti Emmanuel Makronun “Rusiya bilərəkdən Ermənistan və Azərbaycan arasında sərhəddə qarşıdurma törədib və Moskva İrəvanı tək buraxıb” bəyanatına tutarlı cavab verib:

— “Avropa siyasətinin sevimli üsulu xəstə başı sağlam başla əvəz etməkdir. Fransa prezidenti Emmanuel Makronun son açıqlamasını başqa cür izah etmək mümkün deyil. Fransızlar Rusiyanı Ermənistan-Azərbaycan sərhədində “vəziyyəti qızışdırmaqda”, Qafqazda və ondan kənarda “vəziyyəti qeyri-sabitləşdirməkdə” ittiham ediblər.

Onun bu bəyanatı ölkə prezidenti V. Putinin də təsvir etdiyi kimi yanlış, kobud, azğın və qəbuledilməzdir. Makron əslində Rusiyanı günahlandırmadı, əksinə, özünə haqq qazandırdı. Teleaparıcılar onu danlayıblar ki, “Fransa Ermənistanı taleyin kaprizinə buraxıb”. O isə, Fransanın Ermənistanı nə qədər sevdiyini həyəcanla danışır. Burada erməni diasporunun nüfuzlu nümayəndələrinə yönəlmiş hesablama kifayət qədər aydındır. Özünü müdrik və nəcib göstərməyə çalışır.

Bununla belə, onun yadına salaq ki, Fransa 1960-cı illərin sonundan yarım əsrdən artıq müddətdə özünün keçmiş müstəmləkələrində özünü necə aparıb. Buna görə Mali, Ruanda, Konqo, Əlcəzairdə hansı qan çayları töküldü. Makronun özü bir dəfə sivil Fransanın iştirakı ilə tutsilərin soyqırımına, kəsilmiş başlara və tamamilə dağıdılan kəndlərə, meyitlərlə dolu quyulara görə afrikalılardan üzr istəyib. Asılı və yoxsul ölkələrdə «bölün və fəth edin» prinsipi ilə etdiyiniz cinayətlər həmişə fransızların vicdanındadır. Yəni, iyrənc müstəmləkə keçmişinə və kifayət qədər açıq-aşkar amerikapərəst indiki vəziyyətiniz çox gözəldir, cənab prezident”.

Erməni mətbuatından — https://mamul.am/am/news/250903

İSMAYIL TANRIVERDİ

BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru

Bu xəbəri paylaşın: