Bazar ertəsi İstanbulda Türk Dövlətləri Birliyinə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclası keçiriləcək.
İclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edəcək.
Məlumata görə, Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu, təşkilata üzv dövlətlər – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın xarici işlər nazirləri və digər yüksək səviyyəli nümayəndələrinin iştirak edəcəyi iclasa birlikdə müşahidəçi statusunda təmsil olunan ölkələrin — Macarıstan və Türkmənistan rəsmiləri də qatılacaq.
Toplantıda gündəlikdəki prioritet məsələlər və təşkilatın 2022-ci il noyabrın 11-də Səmərqənddə keçiriləcək sammitinə hazırlıq məsələləri müzakirə olunacaq.
