Şəhid ailələri Beyləqanda Şəhidlər Xiyabanını ziyarət ediblər

Beyləqan rayonunda müharibə veteranları və şəhid ailələri Şəhidlər Xiyabanında şəhid məzarlarını ziyarət ediblər.

Bu barədə Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müşaviri Hamlet Gülməmmədov məlumat verib.

Hamlet Gülməmmədov bildirib ki, təmsil etdiyi Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) şəhidlərimizi daim yad edir.

Hamlet Gülməmmədov bildirdi ki, Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad etməmiz artıq mütəmadi və ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq qalaraq doğum günü olan, şəhidlik adlı zirvəyə ucaldıqları günləri qeyd olunan şəhidlərimizi ziyarət etdik.Şəhidlərimizin məzarları üzərinə güllər qoyub, ruhlarına dualar etdik. Onlar unudulmamalıdır.

 Ziyarətdə müharibə veteranları, şəhid ailələri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak edibıər.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir, Beyləqan

Bu xəbəri paylaşın: