«SEVAN» SÖZÜ TÜRK SÖZÜDÜR

  • İLHAMİ CƏFƏRSOY

O gün telekanalların birində alimlərimiz Göyçə mahalının toponimlərindən danışırdılar. Səviyyəli veriliş idi. Ancaq elə düşüncə hiss olunurdu ki, Göyçə bizim sözümüzdir, Sevan yox.

İstər Göyçə olsun, istər Sevan, hər ikisi bizim sözdür.

Göyçə gölünün qədim adı Göyçay, Sevan gölünün qədim adı Sepan olmuşdur.

Atamxan kəndindən tapılan er.əv. 782-ci ilə aid bir Urartu mixiyazılı mətnlərində göl Gökçay adlandırılır. Bundan xeyli sonra ilk xristianlıq dövründə qıpçaqlar gölün ortasındakı adada kilsə tikdilər. 1139-cu ildə Kəpəz dağı zəlzələdən uçub Göygöl yarananda kilsə ada ilə birlikdə suda batdı. Ermənilərin xülyasına görə Sevan gölünün adı onların dilindəki sev, yəni «qara» sözündəndir.

Bədxah qonşularımızın sifətinə qara palçıq, qismətinə qara günlər yaraşsa da, yorum belə deyildir. Sevan və Zuvan iki qıpçaq nəslidir. Sevanlar xristianlıqdan çox qabaq Göyçə gölü ətrafında, Zuvanlar Muğan düzündə yaşayırdılar. Bizim qəhrəman əsgərlərimiz indi Sevan gölünün başının üstündəki təpələrdə dayanıblar.

İki ildir yeni dünya düzəni başlayıb. Biz indiki məqamda böyük güclərin maraqları arasında uğurlu manevrləri bu cür davam etdirsək, yalnız Sevan gölünü yox, bütün İrəvan çuxurunu «sev» rəngdə, yəni «qara» rəngdə görəcəyik.

Ancaq fitvalara uymaq olmaz. Bizə indiki məqamda İrəvan çuxurunun kəhrizi yox, Zəngəzurun dəhlizi lazımdır.

Bu xəbəri paylaşın: