Yüksək peşəkarlığı və humanistliyi ilə, işgüzarlığı və mənəvi keyfiyyətilə, nəzəri və praktiki biliyi ilə, təşkilatçılıq bacarığı ilə, dəqiqliyi və təmkinliyi ilə, intizamı ilə, nəzakəti və təvəzökarlığı ilə seçilən ömrünün ən məhsuldar dövrünün 18 ildən çox şərəfli xidməti yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinində keçirən ehtiyatda olan polkovnik leytenant Babayeva Elmira Əli qızının 21 oktyabr 61 yaşı tamam olur.
Bu gün münasibətilə AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyatda olan polkovnik leytenant Babayeva Elmira Əli qızını doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarinda bitib — tükənməyən naliyyətlər arzulayır.
Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
Ehtiyatda olan polkovnik leytenant Babayeva Elmıra Əli qızı, 21 oktyabr 1961 -ci ildə Ağstafa rayonunda anadan olub



O, 1968-ci ildə Ağstafa şəhərində orta məktəbin birinci sinfə getmiş 1978-ci ildə həmin məktəbi bitirdikdən sonra 1982-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olmuş, 1987-ci ildə həmin Ünversiteti bitrmişdir .
Elmira Əli qizı Babayeva 1988-ci ildən 1993 cü ilin yanvar ayının 25-dək olan müddətlərdə 2 saylı Tikinti-Qurraşdırma İdarəsində Kadrlar şöbəsinin rəisi vəzifəsində calışıb. 1993 -cü ilin yanvar ayinın 26-dan 2011-ci ilın dekabr ayına kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Kadrlar və Təşkilat komplektləşdirmə şöbələrində baş zabit və Daxili Qosunların Arxiv rəisi vəzifələrində xidmət edib.
Ehtiyatda olan polkovnik leytenant Babayeva Elmıra Əli qızı Daxili işlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində Qadınlar şurasının sədri kimi ictimai vəzivənin öhtəsindən layiqincə gəlmişdir.
O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbçi kimi göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
O,Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, fövqaladə hallar zamanı hüqüqi rejimin və dövlətin ərazi bütövlüyünün təmin edilməsində ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən vaxtında gəlmişdir.
Elmira Əli qizı Babayeva Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmirlərin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmuş Vətənə, Dövlətə və xalqa isə sədaqətlə xidmət etmişdir.

Elmira xanım, qorxmaz, insanpərvər, saxavətli, əliaçıq, vətənpərvər, vəfalı bir zəhməkeş baş zabit olub. O,istər təhsil aldığı orta və ali təhsil müəssisələrində,istərsədə xidmət etdiyi kollektivlərdə, dost-tanış, qohum- əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
O,xidmətdə fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin,Daxili Qoşunlar Komandanının vəonun müavinlərinin müvafiq əmrləri «Qüsursuz xidmətlərə görə » 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrinin yaranmasının 10 — illk və 90- ilik yubley medaları ilə təltif edilib.
Ehtiyatda olan polkovnik leytenant Elmira Babayeva Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi -döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin Daxili Qoşunlar Komandanının və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.



Ehtiyatda olan polkovnik leytenant Babayeva Elmira Əli qızı Xidməti vəzifələrin yerinə yetirilməsində fəriqləndiyinə görə, Azərbaycan Respublikasının Prezıdentinin müvafiq sərəncamı ilə » Hərbi xidmətlərə görə» medalı ilə təltif edilib
ELMİRA XANIM!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ…UNUTMA Kİ HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR.BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR «MÖCÜZƏ İLDİ » DEYƏRSƏN…BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ… XOŞBƏXT İLLƏRƏ.
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev


