“Rusiya Federasiyası uğursuzluğa düçar olarsa, türklərlə işləməli olacağıq və heç bir Qərb gəlib bizi xilas etməyəcək”.
Bunu Ermənistan Respublika Partiyasının üzvü Eduard Şarmazanov Facebook səhifəsində yazıb. O bildirib ki, Ermənistanın rəsmi təbliğatı uzun müddətdir anti-dövlət xarakteri daşıyır, NATO və Qərbin “burnunu soxduğu” ölkələr ya məhv edilir, ya da parçalanır.
“Ermənistanın rəsmi təbliğatı uzun müddətdir ki, dövlət əleyhinədir, Ermənistan-Rusiya maraqlarına ziddir və Türkiyə-NATO maraqlarına xidmət edir.
Vaxtilə Navalnıya efir verirdilər, KTMT-yə qarşı nə oldu deyirdilər, indi isə NATO-ya qarşı mübarizədə Rusiya Federasiyasının, Putinin məğlubiyyətini təbliğ edirlər.
Sizin beyniniz var?
Başa düşürsünüz ki, Rusiya Federasiyasınlın uğursuzluğu halında türklərlə möhtac olacaqsınız və heç bir Qərb gəlib sizi xilas etməyəcək?
Ermənistan və Qarabağın taleyi də Ukraynada Rusiya ilə NATO arasında münaqişə zamanı həll olunur.
Yenə deyirəm, Rusiya Federasiyasının uğursuzluğu və məğlubiyyəti Ermənistanı bir vilayətə, çılğın kapitulyanta çevirməyin birbaşa yoludur!
Qərbin və NATO-nun “burun soxduğu” ölkələr ya dağıdılır, ya da parçalanır.
Həmişə xatırlayın ki, NATO üzvü Türkiyənin “Bayraktar”ları yüzlərlə erməni oğlunu qətlə yetirib, “sevdiyiniz” Ukrayna Qarabağ məsələsində həmişə azərbaycanpərəst mövqedən çıxış edib.
Qarabağ məsələsində Ukraynanın və Ermənistanın hazırkı hakimiyyətinin mövqeləri eynidir – azərbaycanpərəstdir”, – deyə Şarmazanov yazıb.
Xuraman Etibarlı
Mənbə: KONKRET.az
