Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin üzvləri olan müharibə veteranları Beyləqan rayonu Kəbirli kəndində şəhid Şamxal Xasay oğlu Abbasovun Anım mərasimində iştirak ediblər.
Şəhid Şamxal Xasay oğlu Abbasov Qubadlı rayonu uğrunda gedən döyüşlərdə qəhrəmanasına həlak olub. Onun döyüş xidmətləri ölümündən sonra «Cəsur döyüşçü», «Vətən uğrunda», «Füzuli, Zəngilan, Qubadlının azad edilməsinə görə» medalları ilə təltif edilib.


Keçirilən Anım mərasimində Beyləqan rayon İcra Hakimiyyətinin Başçısı Asif Ağayev, İH nümayəndələri, kənd sakinləri, şəhidlərin yaxınları, müharibə veteranları iştirak ediblər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov AVMVİB sədri Füzuli Rzaquliyevin adından şəhid ailəsinə başsağlığı verdi. Çıxış edənlər şəhidlərimizin heç zaman unudulmayacağını və müharibə veteranlarının yorulmadan bu istiqamətdə iş apardıqlarını qeyd ediblər. Bildirdilər ki, şəhidlik ən ali, müqəddəs və şərəfli zirvədir.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir, Beyləqan

