Conson yenidən Baş Nazir ola bilər

Britaniyanın müdafiə naziri Ben Uolles növbəti baş nazir postunda Boris Consonu gördüyünü bildirib.

Bu barədə Sky News yazıb.

Uolles özü növbəti baş nazir olmaq üçün yarışmaqdan imtina edib, lakin yarışda Boris Consonu dəstəkləyəcəyini açıqlayıb.

O, dəstəyində qətiyyətli olmasa da, keçmiş baş nazirə “meyilli” olduğunu bildirib.

«Hazırda mən Boris Consona meyl edirəm» deyib və onun davranışı ilə bağlı parlament araşdırmalarına toxunaraq Conson haqqında sualların qaldığını söyləyib.

Uolles, Müəssisə Katibi Jakob Rees-Moggdan sonra Consonu açıq şəkildə dəstəkləyən ikinci kabinet naziri oldu.

Consonun 2019-cu il seçkilərində qalib gəldiyini qeyd edən Uolles, Mühafizəkarlar Partiyasının da “kimin bu mandata sahib olduğunu” düşünməsi lazım olduğunu söylədi.

Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson yenidən bu vəzifə uğrunda yarışda iştirak etmək niyyətindədir.

Bu barədə «Reuters» agentliyi onun yaxınlarına istinadən məlumat yayıb.

Bildirilib ki, hökumət və Mühafizəkarlar Partiyası daxilində Consonun yenidən Baş nazir seçilməsini dəstəkləyən siyasətçilər var. Britaniyanın hazırkı müdafiə naziri, partiya daxilində ciddi nüfuzu olan siyasətçi Ben Uollas Consonu dəstəklədiyini deyib.

Boris Conson rəsmi olaraq Baş nazir postu uğurunda yarışda iştirak edəcəyini elan etməsə də, onun dostu, deputat Ceyms Dadric “Sky News“a açıqlamasında sabiq Baş nazirin seçkilərə qatılacağını açıqlayıb.

Bu xəbəri paylaşın: