Zəngilanın işğaldan azad olunmasının 2-ci il dönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsinin üzvləri Zəngilan rayon Mədəniyyət evində Zəngilan rayon Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Zəngilanın işğaldan azad olunmasının 2-ci il dönümünə həsr olunmuş tədbirdə iştirak ediblər.

Tədbirdə Zəngilan rayon Mədəniyyət Evinin müdiri Mehman Nəsirov, YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, şəhid ailələri, 33 saylı məktəbin kollektivi, AVMVİB Zəngilan rayon şöbəsinin üzvləri, qazi Mübariz Quliyev, bir çox vətənpərvər mahnıların müəllifi, bəstəkar Fərahim Sadiq və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

İlk öncə Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi və Azərbaycan Dövlət Himni səsləndirildi. Sonra ilk söz Mədəniyyət evinin müdiri Mehman Nəsirova verildi. Sonra YAP rayon şöbəsinin sədri Natiq Quluzadə çıxış etdi. Şəhid ailələri və məktəblilər çıxış etdikdən sonra söz AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev və üzvlərə verildi. Çıxışlardan sonra bəstəkar Fərahim Sadiqin rəhbərliyi və AVMVİB Zəngilan rayon şöbəsinin birgə layihəsi olan «ƏSGƏRNAMƏ» elegiya səsləndirildi.

Allah Şəhidlərimizə rəhmət eləsin!

Allah Müzəffər Ordumuzu qorusun!

AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev.

Bu xəbəri paylaşın: