Beyləqan rayonunda Anım Günü mərasimi keçirildi

Beyləqan rayonunda qəhrəman şəhid İlqar Mehdi oğlu İsmayılovun Anım mərasimi keçirildi.

Onun döyüş xidmətləri ölümündən sonra «Cəsur döyüşçü», «Vətən uğrunda», «Füzuli, Zəngilan, Qubadlının azad edilməsinə görə» və «İgidliyə görə» medalları ilə təltif edilib.

Anım tədbirində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədovun rəhbərliyi ilə müharibə veteranları, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.

Şəhid məzarı ziyarət olunmuş və ruhuna dualar oxunmuşdur.

Şəhidə ehsan süfrəsi verilib.

Allah onlara rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir, Beyləqan

Bu xəbəri paylaşın: