Ərdoğan prezident seçkiləri ilə bağlı sorğuda birinci olub

Türkiyədə prezident seçkiləri ilə bağlı sorğu keçirilib. Qardaş ölkənin hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan sorğuda birinci olub. 

«MetroPoll”un təşkil etdiyi seçki sorğusunda 42,1 faiz səs toplayan Ərdoğan bütün rəqiblərini geridə qoyub. O, rəqibi olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu 19,6 faiz üstələyib. Bundan əlavə, Mənsur Yavaş 16,9 faiz səs toplayıb, Əkrəm İmamoğlu isə siyahıda yer almayıb. 

Rəyi soruşulan respondentlərin 42 faizi prezident seçkilərində Ərdoğana səs verəcəkləri bildirib. 23 faiz respondent Kılıçdaroğlunu, 17 faiz Yavaşı, 12 faiz isə HDP-nin namizədini dəstəkləyəcəyini açıqlayıb. 

Bu xəbəri paylaşın: