Mən bunu təhqiramiz addım kimi qiymətləndirirəm.
Bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin erməni mediasına onun Ermənistana girişinə qoyulan qadağaya münasibətində bildirib. Zatulin Ermənistana gəlməsinin “arzuolunmazlığı” barədə Ermənistandan aldığı məktubu da dərc edib.
“Bizim üçün qəfil oldu, Ermənistan Respublikası Milli Assambleyasının Xarici Əlaqələr Departamentinin rəhbərindən məktub aldıq. Bizə dedilər ki, mənim səfərim arzuolunmazdır və bəyanatlarım Ermənistan Respublikası üçün zərərlidir”, – deyə Zatulin bildirib.
Onun dərc etdiyi məktubda deyilir:
“Ermənistan Respublikası Milli Assambleyasının rəhbərliyi adından sizə bildiririk ki, təəssüf ki, son dövrlərdə Ermənistan Respublikasına qarşı açıq bəyanatlarınız dövlətlərimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin inkişafına ziyan vurur.
Bu baxımdan, gələcəkdə sizin Ermənistan Respublikasına səfəriniz arzuolunmaz hesab olunur”.