Putin: Vaşinqton variantı Azərbaycanın bütün Qarabağ üzərində suverenliyinin tanınmasını nəzərdə tutur
Həll məsələsində, sülh müqaviləsində bizim mövqeyimiz ondan ibarətdir ki, bu sülh müqaviləsi, əlbəttə ki, lazımdır. Biz sülh yolu ilə nizamlanmanın, eləcə də sərhədlərin delimitasiyası və sərhəd məsələsinin tam həllinin tərəfdarıyıq. Bunu Rusiya prezidenti Vladimir Putin “Valday” Diskussiya Klubunun iclasında politoloq Aleksandr İskəndəryanın sualını cavablandırarkən deyib.
“Biz bunun tərəfdarıyıq. Hansı variantı seçmək məsələsi Ermənistan xalqının və Ermənistan rəhbərliyinin fikridir. Hər halda, hansı variant seçilirsə, sülhə gətirib çıxarırsa, hamımız bunun tərəfdarıyıq.
Amma biz heç nəyi məcbur etmək fikrində deyilik. Biz Ermənistana nə isə diktə edə bilmərik və niyyətimiz də yoxdur.
Əgər indiki Ermənistan rəhbərliyi hesab edir ki, bu sülh müqaviləsinin hansısa konkret variantını seçmək lazımdır…
Vaşinqton variantı deyilən versiya, mənim anladığım qədər, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tam tanınmasını nəzərdə tutur. Əgər Ermənistan belə düşünürsə, xahiş edirəm, biz erməni xalqının istənilən seçiminə dəstək verəcəyik.
Əgər erməni xalqı və Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağın özünəməxsus özəllikləri var və bu xüsusiyyətlər nəzərə alınsın və gələcək sülh müqaviləsində bu müzakirə olunsun, bu da mümkündür.
Amma əlbəttə ki, Azərbaycanla danışıqlar aparmaq lazımdır. Bu sazişlərin Azərbaycan üçün də məqbul olması lazımdır. Bu çətin, çətin sualdır.
Ermənistan bizim strateji tərəfdaşımız, müttəfiqimizdir və biz təbii ki, Azərbaycanın maraqlarını nəzərə alaraq, Ermənistanın özünün təklifini böyük ölçüdə rəhbər tutacağıq”, — deyə Putin bildirib.
Mənbə: News.am