Rusiyanın bütün tarixi irsindən istifadə etməyi zəruri hesab edirəm.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Valday” diskussiya klubunda çıxışı zamanı deyib.
“Heç nədən imtina etməyə ehtiyac yoxdur: nə Rusiyanın tarixində olan Çar imperiyası ilə bağlı müsbət məqamlardan, nə də Sovet İttifaqının heç də az olmayan müsbət cəhətlərindən”, — Putin bildirib.
O qeyd edib ki, bu dövrlərin hər ikisinin öz çətinlikləri olub, müxtəlif yollarla aradan qaldırılıb və müxtəlif nəticələr verib.
“Biz uzun illər ərzində Ermənistan tərəfi ilə dialoq apardıq və Qarabağ məsələsinin nizamlanması ilə bağlı təklif etdik ki, gəlin münasibətlərin normallaşması ilə bağlı hərəkət edək”.
Bu sözləri də Rusiya Prezidenti Vladimir Putin Valday Diskussiya klubunun plenar iclasında deyib.
Putin qeyd edib ki, Rusiya Ermənistan üçün beş rayonu Azərbaycana verib, iki rayonu — Kəlbəcərlə Laçını Qarabağla əlaqə üçün saxlamağı təklif edib:
“Axı Ermənistan faktiki olaraq Azərbyacanın yeddi rayonuna nəzarət edirdi. Təklif etdik ki, iki rayonu saxlasın. Hansısa mərhələdə Azərbaycan tərəfi ilə razılaşarıq. Beş rayonu verin. Onlar lazım deyildi. Saxlamaq mənasızdır. Onlar boş qalan rayonlardır, insanlar ordan gedib, faktiki olaraq həmin ərazilərdən qovulub. Onlar niyə saxlanılmalıdır? Bunun heç bir mənası yoxdur. Amma Qarabağla əlaqəsi olan iki rayon olduqca böyükdür. Hesab edirik ki, qaçqınların ora qaytarılması ədalətli olardı. Bu, ümumilikdə regionda vəziyyətin normallaşması üçün yaxşı addım olardı. Lakin Ermənistan rəhbərliyi öz yolu ilə getdi. Məlum olduğu kimi, bu da bugunki vəziyyətə gətirib çıxardı”, — deyə Putin bildirb.
