«Qarabağ» «Nant»a məğlub oldu

«Qarabağ» «Nant»a 2-1 hesabı ilə məğlub oldu. Bu nəticə ilə «Nant» xallarının sayını 6-ya yüksəltdi, təmsilçimiz isə 7 xalla qrupda ikinci pillədə qərarlaşıb.

«Nant» matçın 16-cı dəqiqəsində «Qarabağ»ın qapıçısının kobud səhvindən sonra Blasın qolu ilə hesabı açdı: 1-0.

«Qarabağ» matçın 56-cı dəqiqəsində Ozobiçin penaltidən vurduğu qolla hesabı bərabərləşdirdi: 1-1.

Qanaqo matçın əsas vaxtına əlavə edilmiş 5-ci dəqiqəsində «Nant»ın ikinci qoluna imza atdı: 2-1.

Fransada «Nant» və «Qarabağ» komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda Ermənistan bayrağı açılıb.

Azarkeşlər bayrağı qapı arxasındakı tribunada yerləşdiriblər.

Bu xəbəri paylaşın: