Oktyabr ayının 27-də Ağstafa rayonu Muğanlı kəndində Vətən müharibəsində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksələn dəmiryolçu şəhid Aqil Fazil oğlu Bağırovun Anım mərasimi keçirilmişdir.
Tədbirdə Ağstafa rayon İcra Hakimiyyəti, «ADY» QSC nin nümayəndələri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi «Dəmir Yolları» şöbəsinin İdarə Heyəti üzvləri, Ağstafa 7 saylı yol sahəsinin rəhbər işçiləri oxuduğu Muğanlı kənd orta məktəbin müəllim kollektivi, şagirdlər və sinif yoldaşları iştirak etmişdir.
Şəhid Aqil Bağırovun məzarı ziyarət edilərək gül və əklil qoyulmuş və ruhuna dualar oxunmuşdur.
Qeyd edək ki, Şəhid Aqil Bağırov Fizuli istiqamətində gedən gərgin döyüşlərdə igidlik göstərmiş və həmin qanlı döyüşlərin birində o, qəhrəmancasına şəhidlik məqamına ucalmışdır.

Şəhid Aqil Bağırov «ADY» QSC nin Ağstafa 7 saylı Yol sahəsində yol mantyoru vəzifəsində işləyirdi.
Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə «Vətən uğrunda», «Döyüşlərdə fərqlənməyə görə», «Fizulinin azad olunmasına görə» medalları ilə təltif olunub.
İlham Əzizov
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) «Dəmir Yolları» şöbəsinin sədri