Rəsmi Kiyev Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunakın səfərinə hazırlaşır.
Bu barədə Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko bildirib.
Pristayko bununla bağlı bugünkü telemarafon efirində məlumat verib.
Səfir qeyd edib ki, Böyük Britaniyanın Baş naziri bu vəzifəyə keçəndən sonra ilk olaraq Ukrayna prezidenti Volodimir Zelenskiyə zəng edib.
Zelenski telefon danışığı zamanı Rişi Sunakı Ukraynaya dəvət edib və Baş nazir yaxın vaxtlarda bu səfəri reallaşdırmaq niyyətində olduğunu açıqlayıb.
«Mən bilirəm ki, çox yaxşı söhbət alındı. Telefon danışığı zamanı Rişi Sunakın Ukraynaya səfəri ilə bağlı razılığa gəlindi. Biz artıq Böyük Britaniya hökumətindəki həmkarlarımızla səfərin tarixi ilə əlaqədar danışıqlar aparırıq» — deyə səfir vurğulayıb.
