Firdovsi yalanlarına söz ardı: Makedoniyalı İsgəndər Azərbaycandandır…

  • XAQANİ ƏDƏBOĞLU
  • AVMVİB Mətbuat Xidmətinin Rəhbəri

(Əvvəli: https://fedai.az/?p=84338, https://fedai.az/?p=84412)

1950-ci ildən etibarən, sonralar devrilmiş İran şahı Məhəmməd Rza Pəhləvi 17 qərb şərqşünasını toplayaraq bu coğrafiyadakı bütün qədim qövmləri İranlıya çevirən bir kitab yazdırdı. Bu tarixdən sonra İranlıların Midiya iddiası geniş yayıldı. Təəssüf ki, türk tarixçiləri də bu yalan görüşü təkrarladılar. Bu yalan, həm də bu gün bizdə Elmlər Akademiyası səviyyəsində qorunur, müdafiə edilir. Gedib yenisini axtarınca köhnə yalanlar hesabına ad almaq ənənəyə çevrilib.

Mövzudan çox da uzaqlaşmayaq. Sadəcə onu deyə bilrəm ki, qədim fars hakimiyyəti və İran dövləti haqqında deyilənlər, adi «böyük Ermənistan» yalanından çox da fərqlənmir. Bu qövmün dili özündən qədimdir. Çünki bu dil millətin ağzından deyil, elə saraylarda ünsiyyət vasitəsi kimi yaradılmış bir süni dildir. Sarayda xitmətçi olan qaraçı tayfaları bu dili elə saraylardan əxz etmişlər. Bu geneloji bir prosesdir və izlənməsi mümkündür. Böyük türk şairi Nəvai «Muhakemetül-lugateyn» adlı əsərdə türkcənin ifadə qabiliyyəti və gözəlliyi baxımından farscadan yüksək olduğunu sübut etməyə çalışmışdır.

Əlişir Nəvai “Muhakemetül-lugateyn”i əsərində insanın nitq və dil bacarığı sayəsində başqa varlıqlardan üstün mövqedə olduğunu söyləyir. Müəllifə görə ərəb dili Peyğəmbərin dilidir ki, Allah Quranı bu dildə göndərmişdir. Peyğəmbərin və böyük övliyaların hədislərində bu dildə çoxlu həqiqətlər söyləndiyi üçün şərəfli dildir. Ərəbcədən başqa üç mühüm dilin (türk, fars, hind) mənşəyi Hz. Nuhun üç oğlu Yafəs (türk), Sam (fars) və Ham (Hind) üzərində qurulub. Hamın başqalarına qarşı hörmətsizliyi üzündən hind dilinin fəsahət və bəlağətdən məhrum olduğunu iddia edən Nəvai fars və türkcəni müqayisə etməyə başlamazdan əvvəl bir-biri ilə sıx əlaqədə olan türk və farsların irq xüsusiyyətlərinə toxunmuşdur. Onun fikrincə, türklər farslardan daha praktik, daha bəsirətli, daha saf və təmiz qəlblidirlər. Farslar isə elm, fərasət və təfəkkür baxımından türklərdən daha dərin görünürlər. Digər tərəfdən türklər öz dillərində kamillik baxımından farsları üstələyiblər. Nəvai daha sonra 100 türk feili qeyd edir və deyir ki, bu dildə eyni məfhumu ifadə edən çoxlu feillər var. Əsərdə belə feillər nümunə qoşmalarla qeydə alınmış və onların farsca qarşılığının olmadığı, bu təfərrüatı vermək üçün farsların ərəbcənin köməyinə müraciət etməli olması qeyd olunur. Türkcənin söz və səs baxımından farscadan üstün olduğu, xüsusən də sait sisteminə görə izah edilərək, türkcədə əlavələrlə yeni sözlər törədərək lüğət tərkibini zənginləşdirmə imkanının olduğu vurğulanıb, lakin fars dilində belə xüsusiyyət yoxdur.

Bunları xatırlatmaqla, bəzilərinin Gəncəvini farsca yazmaqda qınamalarına görə qeyd etdim və bildirək ki, Avropanın bütün saraylarında fransız dili hakimdi və elmi əsərlər isə latın dilində yazılırdı. Bu fransızların və latınların, nə vaxtsa böyük bir imperiya kimi Avropanı əsarətdə saxlaması anlamına gəlmir. İngiltərədə hətta poeziya nümunələri də fransızcaydı. O dövrdə poeziya, yazışma dili kimi qəbul olunduğuna görə şairlər öz əsərlərini bu dildə yazırdılar…

Bu barədə çox yazmaq olar. Bizim araşdırma Makedoniyalı İsgəndərin Azərbaycandan olması və türk olmasının Nizami yaradıcılığında qeyd edilməsidir. N. Gəncəvi Makedoniyalı İsgəndəri Azərbaycan türkü, Kəyan nəslinə aid saymasına dair əsərdə çoxlu beytlər var, məsələn:

Sandın səndən başqa yoxdur bir nəfər,
Ancaq bir sənsənmiş dünyada sərvər?!
Hər yarpaq altında təlaş edən var,
Hər mənzil başına bir yol gedən var.
Bu müdhiş ilanla şətrənc oynama,
Qarşı çıx, hiyləylə bunca qaynama.
Öz mülkümdə mənə iqta göstərmə,
Süheylə baratı Yəməndən vermə.
Qoyuna verilməz dələmə suyu,
Onda öz qanı var, görəcək bunu (s. 137-138)

Tarixi mənbələrdən məlum olur ki, e.ə. 331-ci il oktyabrın 1-də Makedoniyalı İsgəndərin qoşunları ilə III Daranın qoşunları arasında baş verən üçüncü vuruşmada onun ordusunun ciddi müqavimətinə və inadkarlıqla döyüşməsinə baxmayaraq yunan-makedon ordusu qalib gəldi. Geri çəkilən Dara tutulan ərazilərdən başqa Azərbaycanı (bizim tarixçilərin dili ilə Atropatenanı) İsgəndərə verməyi və sülh bağlamağı təklif etdi. Bu olaya işarə edən Böyük Nizami yazır ki, İsgəndər bu təklifi yalnız Yəmən üzərində görünən Süheyl ulduzundan yəmənliyə pay kimi və qoyuna verilən dələmə suyu kimi verməklə müqayisə edir. Konkret olaraq, Daraya cavab verir ki, öz ölkəmdən mənəmi pay verirsən? Bu açıq mətnlə İsgəndərin özünü Azərbaycandan olması faktını təsdiqləyir.

Daha bir tarixi fakt isə dəyərli alimimiz İlhami Cəfərsoyun yazdığını təsdiq edir. Düşməni məğlub etdikdən dərhal sonra İsgəndər Babildən ayrılıb Susaya, əslində elə Şuşaya (Şuş, Suz, Sus, Susan, Şuşan və s. kimi adları var) gedir. Başlanğıcda onun, Şuşa xəzinədarlarından bir neçə ton qızıl alıb ordunu təchiz etmiş və Əhəməni dövlətinin varlığına son qoymasını qeyd etmişdik (İ. Cəfərsoy). Tarixi mənbələr də təsdiqləyir ki, ordunun əsas hissəsini Padşah yolu üzərindən Persepolisə göndərmişdi. Mənbələrdə Şuşanın yağmalanması hadisəsi qeyd olunmur. Deməli kiçik bir dəstə ilə bu gediş ziyarət xarakterliydi. Burada bir məqama toxunmadan ötmək olmaz. Şuşa Elamların, Əhəmənilərin, Ərsakilərin paytaxtı olmaqla yanaşı (Böyük Kir şəhəri eramızdan əvvəl 538-ci ildə işğal edir. Kirin oğlu II Kambiz paytaxtı Susa (Şuşaya) köçürüb), həm də bu gün yəhudi sayılan Daniel peyğəmbərin yaşadığı bir şəhər olub. Bu məsələyə toxunmadan ötsək bir çox məqamlar sizlərə qaranlıq qala bilər.

Müqəddəs Kitaba görə, Daniel və Babildəki digər yəhudilər atalarının imanını tərk etmədilər, buna görə də tez-tez təqiblərə məruz qaldılar. Amma hər bir halda möcüzəvi şəkildə xilas oldular. Beləliklə, Danielin üç dostu, yəhudilər Ananiya, Misail və Azariya (əsarətdə müvafiq olaraq Sedraxa, Misaxa və Avdneqo adlarını aldılar) bütə baş əyməkdən imtina etdikləri üçün sobaya atıldılar, lakin möcüzə nəticəsində xilas oldular. Daniel özü də Pars padişahı Daranın əmri ilə parçalanmaq üçün şirlər olan çuxura atıldı, lakin möcüzə nəticəsində xilas oldu (Dan. 6:16).

Babil midiyalıların hakimiyyəti altında süqut etməzdən əvvəl Daniel padşah Valtasarın və onun padşahlığının gözlənilməz çöküşü və onun ölümü ilə bağlı məşhur “mene, mene, tekel, uparsin” (Dan. 5:25-28) peyğəmbərliyini izah etmişdi.

Bu nə deməkdir? «Daniel peyğəmbərin kitabı» bölümündə bu hadisə belə şərh edilir:

Padşah Veltasar min nəfər əyanı üçün böyük ziyafət verdi və min nəfərin gözü önündə şərab içdi.

Şərabdan dadıb Valtasar əmr etdi ki, atası Navuxodonosorun (e.ə 605-562) Yerusəlim məbədindən gətirdiyi qızıl və gümüş qabları şərab içmək üçün padşaha, onun əyanlarına, arvadlarına və cariyələrinə gətirsinlər.

Sonra Yerusəlimdəki Allahın evindən götürülmüş qızıl qablar gətirdilər. Padşah və onun əyanları, arvadları və cariyələri onlarda içirdilər.

Onlar şərab içdilər, qızıl-gümüş, mis, dəmir, ağac və daş allahlarına həmd etdilər.

Elə həmin vaxt bir insan əlinin barmaqları sallandı və padşahın otağının divarının əhənginə çıraqların işığının tərsinə yazdı və padşah yazan əli gördü.

Padşahın siması dəyişdi, düşüncələri onu çaşdırdı, belinin bağları zəiflədi, dizləri əsməyə başladı…

…Bunun üçün Ondan əl göndərilmiş və bu sözlər yazılmışdır.

Yazılan budur: «mene, mene, tekel, uparsin».

Bu sözlərin mənası budur: mene (yəhudi dilində belə söz yoxdu) – Allah sənin padşahlığını saydı və ona son qoydu;

Tekel (yəhudi dilində belə söz yoxdu) — tərəzidə çəkildiniz və çox yüngül gəldiniz;

Peres (burada uparsin yazılıb) — padşahlığınız bölünüb Midiya və Parslara verildi.

Bu gün də «mene, mene, tekel, uparsin» sözünün nə demək olması heç bir dildə izah olunmayıb, amma yəhudilər gah natarikon (kabalaka) üsuluyla, gah da Milo deyərək bunu yozmağa çalışırlar. Düşünürəm ki, Tanrının qəzəbinə gəlməyə səbəb ona məxsus camlarda cansız bütlərin şərəfinə onun verdiyi şərabı içmələri olub. Göydən sallanan əl ilə Allah evindən gətirilmiş qabları geri istəyib. İndiki türkcə ilə desək: «Mənə, mənə tək əl aparsın». Hara yozsanız da olayın mahiyyəti də bu sözlərin türkcə olmasını gizləyə bilmir. Təkrarlanan «mənə» sözü Tanrının qəzəblənməsini bildirir. Burada dillə yanaşı, Kirin Persidalı və Daranın da midiyalı kimi təqdim edilməsidir. Yəni bir daha Firdovsinin uydurduğu Fars hökmdarlığının yalan olması təsdiqlənir.

Valtasarın əmri ilə Danielə bənövşəyi paltar geyindirdilər və boynuna qızıl zəncir taxdılar və onu padşahlıqda üçüncü hökmdar elan etdilər.

Bibliyada yazılıb: Elə həmin gecə Xaldey padşahı Valtasar öldürüldü.

Midiyalı Dara altmış iki yaşında padşahlığı ələ keçirdi (Bibliya).

Yaxud da Kirin hakimiyyəti illərində Daniel ona Yeşayanın Kir haqqında peyğəmbərliyini göstərmişdi, bu peyğəmbərlik sonuncunu yəhudiləri Babil əsarətindən azad etməyə və Yerusəlimdəki məbədi bərpa etməyə ruhlandırmışdı. Burada da Kir Pars kimi təqdim edilir: «Daniel həm Daranın, həm də Pars Kirin padşahlığında uğurlar qazandı»…

Ancaq bəzi Qərbin pastorları və ermənilərə tarix uyduran tarixçiləri, VI əsrdə yaşamış bir keşişin Midiyanı İran adlandırdığını iddia edərək Midiyalıların iranlı olduqlarını ortaya qoydular. Makedoniyalı İsgəndərədək olan hadisələri sadalamaqda məqsədim Midiyanın öz içində hakimiyyət çevrilişinə uğramış bir türk dövləti olmasını diqqətinizə çatdırmaqdı.

Ümumiyyətlə Əhəməni və Sasanilərin türklər olmasını yazan araşdırmaçı Araz Şəhrili bir məqaləsində bunu dəqiq analiz edərək yazıb: «Roma tarixçisi Ammian Marsellin (330–395) Sasani hökmdarı II Şapuru belə təsvir etmişdir: “Qoç başı şəklində qızıl tac qoymuş və ata süvar olmuş padişah başqalarının üzərində ucalaraq ordunun önündə gedirdi”. 228-ci ildə Sasanilər qiyam qaldıraraq Ərsakilər sülaləsini devirmiş və Parfiya dövlətinin varlığına son qoymuşdular. Lakin bir məsələ də var ki, Parfiyanı idarə etmiş yeddi nəsildən üçü – Suren, Karen və Mehran ailələri (bu adların haylara heç bir aidiyyəti yoxdur-A.Ş.) Sasanilər dönəmində də öz nüfuzlarını qoruyub saxlamışdılar. Yeni sülalənin bərqərar olması dövlətin mahiyyətini, əslində, ciddi şəkildə dəyişdirməmişdi. Görünür, Sasani şahənşahı II Şapurun qoç başı ilə bəzədilmiş tacı məhz Parfiya (parnı–barannı) ənənəsinə ehtiramın nümayişi idi».

Tarixdə bizə gəlib çatan bu siyasi və genoloji ayrımçılığın kökündə dayanan məncə hakimiyyəti ələ keçirən türk soylarının ayrı-ayrı soylardan olmalarıydı. Firdovsi kimi fırıldaqçılar da bundan «İran — Turan» qarşıdurması nağılı düzəldərək özlərinə tarixdə yer etməyə çalışıblar. Şahnamədə baba ilə nəvəni, ata ilə oğulu yalandan qarşılaşdırır. Rüstəm Zalı uydurduğu İran hökmdarlığının pəhlivanı kimi təqdim edir. Əslində isə Rüstəm Zal tarixi şəxsiyyətdir və Şərqdə Sak dövlətində sərkərdə olub. Hətta ermənilərə tarix uyduran fransızlar belə onu «Sakcik Rustam», yəni Sak oğlu Rüstəm kimi təqdim edirlər.

Mosaïque en galets dite de « la chasse au lion » réalisée en Grèce au IVe siècle avant Jésus-Christ, conservée au musée archéologique de Pella (Grèce) et photographiée en 2011 lors de l’exposition temporaire « Au royaume d’Alexandre le Grand » au Louvre à Paris (France).

Amma araşdırma bir daha göstərdi ki, N. Gəncəvi öz tarixi araşdırmalarında da birincidir. Bir faktı da diqqətinizə çatdırmaq yerinə düşərdi. Şair, eyni zamanda İsgəndəri rumlu saymadığını Nüşabənin diliylə belə çatdırır:

Riyasət fikriylə burda ey salar,
Rumlardan kimsəni etməzsən sərdar.
Kəyan torpağıdır əcəm torpağı,
Orda bir vəhşidir yadlar ayağı (s. 194-195).

Yəni bildirir ki, Əcəm (indiki İran) torpağı Kəyanilərin torpağıdır, ora rumlunu sərdar etmək olmaz. Tarixi mənbələrdə də göstərilir ki, əvvəlcə İsgəndər e.ə. 328-327-ci illərdə Oksidatı Midiya satrapı seçir, lakin iki il sonra İsgəndər Oksidata inamını itirərək Atropatı köhnə vəzifəsinə qaytarır. Bu fakt bir daha sübut edir ki, Nizami Gəncəvi bu tarixi olayların ən kiçik detallarına belə yaxından bələddir və onun diqqətindən heç bir məqam yayınmayıb…

Ardı var…

Bu xəbəri paylaşın: