Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının qərərqahında Sosial Dövlət Naminə İctimai Birliyin təşkilatçılığı ilə Zəfərə həsr olunmuş şəhid ailələri, qazi və veteranların iştirakı ilə tədbir keçirildi.
Tədbirdə Milli məclisin deputatı Aydın Mirzəzadə, YAP rayon təşkilatının sədri, şəhid ailələri, AVMVİB Yasamal şöbəsinin qazi və veteranları iştirak etdilər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yasamal rayon şöbəsinin sədri Salman Hüseynov məlumat verib.
Görüşdən əvvəl Yasamal rayonunun 1992-2022-ci illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban verən 349 şəhidin adı yazılan abidə ziyarət olundu, əklil və gül dəstələri qoyuldi.
Mərasimdə Milli məclisin deputatı Aydın Mirzəzadə, YAP rayon təşkilatının sədri, AVMVİB rayon şöbəsinin sədri Salman Hüseynov, şəhid ailələrinin üzvləri çıxış etdilər.
Allah şəhidlərimizə rəhmət eləsin!
Nurlan


