Ermənistanda ehtiyatda olan əsgərlər arasında silahlı insident baş verib, bir nəfər hərbçi ölüb.
Bu barədə Ermənistan İstintaq Komitəsinə istinadən məlumat yayılıb.
İlkin məlumatlara görə, oktyabrın 29-da hərbi hissələrdən birinin məsuliyyət zonasında döyüş mövqeyində olan ehtiyatda olan hərbçi həmkarı, digər sıravi ehtiyatda olan Misak Petrosyanla mübahisə edib.
Mübahisə zəminində o, hərbçi yoldaşına pulemyotdan atəş açaraq, başından yaralayıb.
Faktla bağlı cinayət işi başlanıb.
Bu xəbəri paylaşın:
