Yüksək peşəkarlığı və humanistliyi ilə, işgüzarlığı və mənəvi keyfiyyətilə, dəqiqliyi və təmkinliyi ilə, nəzəri və praktiki biliyi ilə, şəxsi intizamı və kollektiv arasında şəxsi nüfuzu ilə ilə seçilən ömrünün ən məhsuldar dövrünün 22-illk şərəfli xidmətini hərbi xidmətdə keçirən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabuncı rayon şöbəsinin üzvü, müharibə veteranı ehtiyatda olan polkovnik-leytenant Tağıyev Marif Tağı oğlunun 58 yaşı tamam olur.
Bu gün münasibətiylə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Rəhbərliyi ehtiyatda olan polkovnik- leytenant Tağıyev Marif Tağı oğlunu doğum günü münasibətilə semimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayir.
Arzu edirik ki, yaşınızın üstə gələn bu yaş Sizə sevinc dolu günlər bəxş etsin və hər yeni gününüz ötən günlərdən daha gözəl, istəklərinizə uyğun həyatınız daha xoşbəxt keçsin.
Azərbaycan Vətən müharibəsi Vetiranlari İctimai birliyinin Sabuncu rayon Şöbəsinin üzvü ehtiyatda olan polkovnik- leytenant Tağıyev Marif Tağı oğlu 1964-cü ildə Bakı şəhərində anadan olub. O, əslən Ucar rayonunun Qəzyan kəndindəndir.

Tağıyev Marif Tağı oğlu 1982-ci ildə Bakı şəhərində 250 saylı tam orta məktəbi, 1991-ci ildə Azərbaycan Dövlət Neft və Sənayi Ünverstetini, 1998-ci ildə Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən Məktəbdə böluk komandiri və taborun qərargah rəisi kursunu, 2010-ci ildə Türkiyə Jandarma Qüvvələrinin Ankara şəhərində yerləşən hərbi məktəbində müəllimlərin ixtisas artırma kursunu bitrib. O, Daxili Qoşunların Baş idasinin Binəqədi, Xətai rayonunlarında və Daxili Qoşunların Bas İdarəsində təşkil edilmiş treniqlərdə, seminarlarda, metodiki -təlim toplanışlarında iştirak edib.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Zəngilan, Qubadlı və Füzuli rayonları istiqamətdə) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Ehtiyada olan polkovnik leytenant Tağıyev Marif Tağı oğlu qorxmaz, insanpərvər, saxavətli, əliaçıq, vəfalı, zəhmətkeş baş zabitdir, yaxşı ailə başçısıdır. O,istər təhsil aldığı orta və ali təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış, qohum-əqraba arasında özünə layiq hörmət qazanmışdır.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, şəhərdə və yaşayış məntəqələrində ,cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizə də, fövqaladə vəziyyət zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, üzərinə düşən vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyət və şərəf hissi ilə yanaşmışdır.
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin tələblərinin yerınə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gələrək Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Tağıyev Marif Tağı oğlu Xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvaiq əmrləri «Qüsursuz xidmətlərə görə» 1-ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» 10 illiyi, 90-iliyi, 95-iliyi medaları ilə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyinin təsis etdiyi isə «Müharibə Veteranı» «Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyinin 25 illik yubileyi», «Silahlı Qüvvələrin yaranmasının 100 illiyi”, «Zəfər medalı » və Avmvib-in döş nişanları ilə təltif edilib
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, MARİF BƏY!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ…UNUTMA Kİ HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR.BU İLİN SONUNDA GERIYƏ BAXDIĞıNDA ÜMÜD EDİRƏM BİR «MÖCÜZƏ İLDİ» DEYƏRSƏN… BÜTÜN ARZULARLNIN REALLAŞMAŞI DİLƏYİMLƏ. XOŞBƏXT İLLƏRƏ.
Dərin hörmətlə: Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev


