ŞƏRƏFLİ ZABİT ÖMRÜ: ADİL BƏDİRXANOV — 57

 Fədai.az kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Rəhbərliyi Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan polkovnik leytenant Badirxanov Adil Əmirxan oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayir.

      Arzu edirik ki, Adilin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

    Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan polkovnik- leytenant Adil Bədirxanov  2 noyabr 1965- ci il tarixdə Baki şəhərində anadan olub  .

     Adil Bədiirxanov 1983- cü ildə Nəsimi rayonunun 9 nömrəli tam orta məktəbini, 1987-ci ildə isə Bakı Ümümqoşun Ali hərbi komandirlər məktəbini bitirib.

     Adil Əmirxan oğlu Bədiirxanov 1987-1990-cı illərdə SSRİ Müdafiə Nazirliyinin  Pirbaltika hərbi dairəsində  taqım komandiri, 1991-ci ildən – 2018- ci ilə kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Binəqədi, Ağdam və Nərimanov rayonlarında yerləşən hərbi hissələrdə taqım komandiri, böluk komandirinin müavini, böluk komandiri, taborun qərargah rəisi, tabor komandiri, Daxili Qoşunların Bas İdarəsinin Qərargahında isə Döyüş hazırlığı və Əməliyyat şöbələrində şöbəsində baş zabit vəzifələrində xidmət etmişdir.

       Adil Əmirxan oğlu Bədiirxanov Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda gedən (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətdə) döyüşlərdə  üzərinə düsən vəzifələrin öhdəsindən layiqincə gələrək ağır yaralanıb ,7 (yeddi) ay hərbi hospitalda müalicə olunduqdan sonra 2018- ci ilə kimi, xidmətini Daxili Qoşunlarda davam etdirmişdir.

      O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasinda həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümnə olmuşdur.

    Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində bir cox hərbi qulluqçulara şəxsi nümunə olaraq Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

       O,peşəkarlığı və humanistliyi ilə, nəzəri və praktriki biliyi ilə, dəqiqliyi və təmkinliyi ilə, işgüzarlığı və mənəvi keyfiyyətilə secilən ömrünün ən məhsuldar dövrünün 34 ildən cox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirib.

       Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında şəhərdə, yaşayış və cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, fövqaladə vəziyyət zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi  bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyətlə və şərəf hissi ilə yerınə yetirmişdir.

       Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai sıyası hazırlığında, hərbi  intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

      Xidmətdə fəriqləndiyinə görə» SSRI Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər və Müdafiə Nazirlərinin müvafiq əmrləri «Sillahlı Qüvvələrinin yaranmasinin» 70 illik, 10 illk, 90 illk  və 95 illk , «Silahlı Qüvvələr Veteranı» , ‘»  Hərbi xidmətlərinə görə «-3 dərəcəli,  «Qüsursuz xidmətə görə » 1-ci, 2-ci və 3-cü dərəcəli ,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyinin təsis etdiyi  «Müharibə Veteranı» və «AVMVB  birliyinin 25 illk yubiley » medalları ilə təltif edilib.

 Polkovnik leytenant Adil Əmirxan oğlu Badirxanov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Nəsimi rayon şöbəsinin üzvüdür.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ADİL BƏY!

DAİMA XOŞBEXT VƏ FİRAVAN YAŞA

ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.

ÖMRÜN UZUN OLSUN, 100 YAŞA!

Azərbaycan Veten Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi işlər üzrə müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: