Ermənipərəst «Regnum» Agentliyi fəaliyyətini dayandırıb

Ermənipərəst mövqeyi ilə tanınan «Regnum» informasiya agentliyi (İA) fəaliyyətini dayandırıb.

Bunu agentliyin baş redaktoru ermənidən çox ermənipərəstlik edən Modest Kolerov deyib.

«Hörmətli oxucular! «Regnum» İA idarəedici şirkətinin sahibi səbəbləri və məqsədlərini izah etmədən agentliyi idarə edən şirkətin rəhbərliyini dəyişib. Vəziyyət aydınlaşana qədər «Regnum» İA fəaliyyətini dayandırır», — deyə baş redaktor bildirib.

Qeyd edək ki, «Regnum» informasiya agentliyi açıq şəkildə ermənipərəst mövqeyi ilə seçilirdi. Azərbaycan, keçmiş Qarabağ münaqişəsi ilə bağlı dəfələrlə saxta məlumatlar tirajlayırdı.

Bu xəbəri paylaşın: