“Buranı türklərə məzar edəcəyik” deyən iranlı terrorçu məhv edildi 

Türkiyənin İraqın şimalında terrorçulara qarşı həyata keçirdiyi “Pəncə-Kilid” əməliyyatında PKK-nın Metina əyaləti üzrə “nümayəndəsi”, türkləri təhdid edən İran əsilli terrorçu Cavad Attarek iki mühafizəçisi ilə birlikdə məhv edilib.

Məhv edilən “Yekta” kod adlı iranlı terrorçu 22 ildir PKK-nın üzvüdür və terror təşkilatının “hərbi məclisi”ndə təmsil olunur.

Terrorçu Cavad Attarek PKK-ya məxsus media orqanlarında Türkiyəni təhdid etmişdi.

“Türk ordusu irəliləyə bilmir. Buranı türklərə məzar edəcəyik”, — o iddia etmişdi.

Bu açıqlamasından bir neçə gün sonra türk ordusu iranlı terrorçunu məhv edib.

Mənbə: Publika.az

Bu xəbəri paylaşın: