Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tovuz rayon şöbəsinin «Vətən» komandası Zəfər gününə həsr olunmuş intellektual bilik yarışmasında iştirak edib.


Yarışda yüksək nəticə göstərərək 2-ci yerə layiq görülüb.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyev məlumat verib.
Etibar Vəliyev «Vətən» komandasının kapitanı Novruz Hümbətov, Üzeyir Cəfərli, Ramiz Mehdiyevə və digər oyunçulara veteranlar adından təşəkkür bildirib.
Qaliblərimizi təbrik edirik!
E. Səlim

