«Çirkli pul maşını» Vardanyan Azərbaycanı “hədələdi” 

Rusiya vətəndaşlığından imtina edərək qanunsuz şəkildə Azərbaycana yerləşmiş və sabah noyabrın 4-dən rəsmən separatçı rejimin “dövlət naziri”, «yeni beqlaryanı» vəzifəsinə başlayacaq milyarder  Ruben Vardanyan Azərbaycan dövlətinə və xalqında qarşı təhdidlərlə çıxış edib.

R.Vardanyan belə fikirləri Qarabağda Gəncəsər məbədinin həyətində Rusiyanın “Kommersant” nəşrinə müsahibəsində Qarabağın  qondarma “statusu” haqda danışarkən  söyləyib.

“Qarabağın statusu onunla müəyyən edilir ki, hətta beynəlxalq hüquqa uyğun olaraq tam müəyyən edilməsə belə, status-kvonun qorunub saxlanması (bu ondan ibarətdir ki, Azərbaycan rəhbərliyinin göstərdiyi formada Qarabağ Azərbaycanın tərkibində olmayacaq) aydın başa düşülməli və qəbul edilməlidir. Həm Azərbaycan rəhbərliyi, həm də Azərbaycan xalqı tərəfindən qəbul edilməlidir. Artsax xalqını məhv etmək cəhdi, bunu hərbi yolla həll etmək cəhdi Azərbaycana baha başa gələcək. Həm birbaşa qurbanlar baxımından, həm beynəlxalq məkanda itkilər baxımından, həm də bütün bunların bumeranq effekti verməsi baxımından. Belə çıxışları nə qədər çox etsən, onlar bir o qədər sənə doğru geri qayıdır. Mən qorxutmuram və nə iləsə təhdid etməyə çalışan adama bənzəmək istəmirəm. Bu, tarixdir. Sadəcə, tarixi oxumaq və başa düşmək lazımdır ki, bütün bunlar heç kim üçün izsiz keçmir» — erməni milyarder belə deyib.

P.S. Təkcə bu müsahibə Ruben Vardanyanın dərhal həbsi üçün yetərlidir. Rusiya bu köpəyini bölgəyə bəlli məqsədlər üçün göndərməsi aydındır. Azərbaycan bu məsələnin üstünə getməsə dərəni boş görən çaqqal-çuqqal yığışaraq səs-səsə verəcəklər. Rus erməniməramlılarının komersant generalı Volkov öz biznesini genişləndirir və arağını içib gününü keçirir. Rusiya öz etməniciklrini götürüb Krasnodartsaxa köçürsə yaxşıdır. Ağlı olan hər bir erməni bilməlidir ki, etdikləri və törətdikləri bəd əməllərə görə bu ölkədə yaşamaq hüququnu itiriblər. Bu ölkədə «kübrə» kimi basdırdıqları leşlərini də götürüb köçsələr Qafqazda sülh bərpa olunacaq. Bunu Putin və onun imperializm virusuna yoluxmuş komandası da yaxşı bilir. «Arxalı köpək qurd basar» deyiminə arxayın olan Vardanyanı bir hürdürən var. Amma unutmasın ki, çaqqalların ziyafəti qurd ayağa qalxanadəkdir…

Bu xəbəri paylaşın: