II Şəhidlər Xiyabanında şəhid Kərimli İsmayıl Ceyhun oğlunun və Ramazanlı İlqar Etibar oğlunun kinci il mərasimləri ilə əlaqədar şəhidlərimizin məzarları ziyarət olunub.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yasamal rayon şöbəsinin sədri Salman Hüseynov məlumat verib.


Bu gün 2-ci Şəhidlər Xiyabanında dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri Vətən Müharibəsinin şəhidi İsmayıl Kərimlinin məzarını ziyarət edib, gül dəstələri qoyub, ruhuna dualar oxuyublar. Şəhid İsmayıl Kərimlinin anım mərasimində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov iştirak ediblər.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid ailələrinə dərin hüznlə başsaglığı verdi və qeyd etdi ki, Azərbaycan dövləti hər zaman onlara maddi və mənəvi dəstək verəcək. Bildirildi ki, Ali Baş Komandan cənab İlham Əliyevin bu sahədə tapşırıq və göstərişləri yerlərdə birmənalı şəkildə həyata keçirilir.


Bələdiyyənin mərasim evlərində və «Qurd qapısı» mərasim evində ehsan məclis verildi, Quran oxundu.
Quran oxunuşundan sonra sənətçilər tərəfindən bədii proqram təşkil olunmuşdur. Tədbirlərdə Yasamal rayon İcra Başçısı, müavinləri, şöbə müdirləri, AVMVİB Yasamal rayon şöbəsinin sədri, qazi və veteranlar iştirak edirdilər.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elnur


