8 Noyabr- Zəfər günü ərəfəsində Beyləqan rayonunda Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimovanın təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə rayon ictimaiyyəti, müharibə veteranları, şəhid ailələri və məktəblilər iştirak ediblər.
Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.


Tədbirdə çıxış edənlər qazanılmış tarixi Zəfərin xalqımızın həyatında oynadığı roldan danışıblar.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov çıxış edib. Öz çıxışında qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik fəaliyyəti nəticəsində əldə olunmuş Zəfərin əhəmiyyətindən, Azərbaycan Silahlı Qüvvələrinin döyüş yolundan, əsgər və zabitlərimizin yurd və vətən sevgisindən ətraflı bəhs edərək bu anların dünya hərb tarixinə qızıl səhifələrlə yazılıb.
Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir, Beyləqan


