Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tovuz rayon şöbəsinin üzvü olan müharibə veteranları rayon şöbəsinin sədri Etibar Vəliyevin tapşırığıyla şəhid Mais Şakir oğlu Səfərovun ailəsinə baş çəkiblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tovuz rayon şöbəsi sədrinin müavini Çingiz Babayev məlumat verib.


Müharibə veteranları şəhid Mais Səfərovun ailəsinə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tovuz rayon şöbəsi adından başsağlığı verib və qəhrəman şəhidlərimizi heç zaman unutmayacaqlarını vurğulayıblar.
Allah şəhidlərimizə rəhmət eləsin!
Nurlan

