Veteranlar ADPU — da keçirilən Zəfər gününə həsr edilmiş bayram tədbirində iştirak ediblər

Nəsimi rayonunun müharibə veteranları, şəhid kapitan Həmid Cəfərlinin ailə üzvləri və bir qrup 44 günlük Vətən müharibəsinin qaziləri Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən Zəfər gününə həsr edilmiş bayram tədbirində iştirak ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov məlumat verib.

Tədbirdə çıxış edənlər bildirdilər ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərə imza atdı. Bu müharibədə Silahlı Qüvvələrimiz 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, daha sonra isə 70-dən artıq yaşayış məntəqəsinin və bir sıra strateji yüksəkliklərin azad olunmasından sonra işğalçı Ermənistan müharibəni davam etdirmək iqtidarında olmadığını anlayaraq onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanata əsasən məğlub tərəf kimi üzərinə bir sıra öhdəliklər götürən düşmən sonradan Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz təhvil verməyə razı oldu.

E. Səlim

Bu xəbəri paylaşın: