Beyləqanda şəhidin Anım mərasimi keçirilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbələrinin üzvləri şəhid Vüsal Şakir oğlu Abdullayevin Anım tədbirində iştirak ediblər.

Anım mərasimi şəhidlərin xatirəsinə həsr olunmuş abidənin önündə keçirilib.

Mərasimdə müharibə veteranları ilə yanaşı, ictimaiyyət nümayəndələri, məktəblilər və şəhidin yaxınları iştirak ediblər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov AVMVİB sədri Füzuli Rzaquliyev adından şəhidin yaxınlarına başsağlığı verdilər və AVMVİB adından Fəxri fərman təqdim etdilər.

Qəhrəman şəhid Vüsal Şakir oğlu Abdullayev Beyləqan rayonu Sarısu kəndində anadan olub. Onun döyüş xidmətləri «Füzulinin azad olunmasına görə», «Cəbrayılın azad olunmasına görə», «Qubadlının azad olunmasına görə», «Vətən uğrunda» və «Cəsur döyüşçü» medalları ilə təltif olunub.

Şəhidə ehsan süfrəsi verilib və ruhuna dualar oxunub.

Allah rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan

Bu xəbəri paylaşın: