Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsinin üzvü olan müharibə veteranları 8 Noyabr Zəfər Gününə həsr olunmuş tədbirdə iştirak ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsinin sədri Aydın Abdullayev məlumat verib.


Aydın Abdullayev bildirib ki, Balakən şəhər 2 saylı Musiqi məktəbində keçirilən tədbirdə rayon rəhbərliyi, müharibə veteranları, şəhid ailələri və ictimaiyyət nümayəndələri tədbirdə yaxından iştirak ediblər. Tədbir zamanı Balakən rayon şəhidlərindən bəhs edən Şöyüb Mikayılov və Nəfisət Vahidin birgə müəllifliyi ilə yazılmış «Sizə bir ömür borcluyuq. Balakən şəhidləri» kitabının təqdimatı da oldu və bir nüsxə AVMVİB Balakən rayon şöbəsinə təqdim olundu.
Hər kəsin 8 Noyabr Zəfər Gününü Balakən rayon veteranları adından təbrik edir və şəhidlərimizə Allahdan rəhmət diləyirəm.
Elnur Səlim
