44 günlük Vətən Müharibəsi dövründə öz maddi və mənəvi dəstəyini əsirgəməyən dəyərli və vətənpərvər soydaşlarımızı 87 min üzvü olan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) öz fəxri üzvü sayır.
1994-cü ildən etibarən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İdarə Heyətinə və onun üzvlərinə müntəzəm olaraq qayğı və diqqət göstərən Sadıqov Qurban Rza oğlu Dövlətin və Prezidentin tapşırıq və göstərişlərini nümunəvi şəkildə icra etdiyinə, Dövlət Qlluğunda olan səmərəli fəailiyyətinə, müntəzəm olaraq müharibə veteranlarına və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə (AVMVİB) göstərdiyi diqqət və qayğıya görə, 8 Noyabr — Zəfər Günü münasibəti ilə AVMVİB İdarə Heyətinin Qərarına əsasən AVMVİB-nin təsis etdiyi Xatirə medalı ilə təltif edilib.
Təltif mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavinləri Vahid Abdurəhmanov, İslam Səfərov, Mübariz Quliyev, Nəzarət Təftiş Komissiyasın sədri Niyazi Quliyev iştirak etmişlər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev bildirdi ki, Dövlət Başçısı cənab İlham Əliyevin tapşırıq və göstərişlərini əsas tutaraq, Qurban Sadıqov öz səlahiyyətləri daxilində daim Birliyimizə və ayrı-ayrı problemi olan keçmiş məcburi köçkün müharibə veteranlarına diqqət və qayğısını əsirgəməmiş, onların problemlərinin həllində daim yardımçı olmuşdur. AVMVİB olaraq biz daim vətənpərvər insanları öz fəxri üzvümüz hesab edirik. Belə dəyərli vətənpərvər ziyalı və dövlət qulluqçularından biri də Qurban Sadıqovdur. İdarə Heyətinin qərarına əsasən 8 Noyabr Zəfər Günü münasibətiylə dəyərli soydaşımızı təltif etmək barədə qərar qəbul etdik. Həm Zəfər Günü, həm də təltif münasibəti ilə təbrik edirik.
Qurban Rza oğlu Sadıqov 15 iyul 1962-ci il tarixdə Kəlbəcər rayonunun Nadirxanlı kəndində anadan olub. 1979-cu ildə Qılınclı kənd tam orta ümumtəhsil məktəbini bitirib.



1979-1984-cü illərdə M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda rus dili və ədəbiyyatı ixtisası üzrə ali təhsil alıb. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində isə (hüquqşünaslıq ixtisası üzrə) ikinci ali təhsilə (qiyabi) yiyələnib.
1984-1991-ci illərdə təyinatla Kəlbəcər rayonu, Sarıdaş kənd orta məktəbində müəllim, 1991-1993-cü illərdə Kəlbəcər Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsində və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı Aparatının humanitar məsələlər üzrə iş şöbəsində müvafiq olaraq təlimatçı və baş məsləhətçi vəzifələrində işləyib.
1993-cü il 2 aprel tarixdə Ermənistan hərbi birləşmələri tərəfindən Kəlbəcər rayonu işğal edildiyinə görə ailə üzvləri ilə birlikdə məcburi köçkün düşmüş və müvəqqəti olaraq Bakı şəhərində məskunlaşmışdır.

1993-cü il 2 aprel tarixdən 1993-cü il 17 iyun tarixədək Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə səlahiyyətli nümayəndəsi kimi fəaliyyət göstərib. Azərbaycan Respublikası Baş nazirinin müvafiq sərəncamlarına uyğun olaraq, 1993-cü il 17 iyun tarixdən Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Qaçqınların və məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsində (şöbənin adında bir neçə dəfə dəyişiklik olunmuşdur) məsləhətçi, aparıcı məsləhətçi, böyük məsləhətçi, baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini vəzifələrində çalışmış, 2001-ci il 27 iyun tarixdən Şöbə müdiri vəzifəsi ona həvalə edilmişdir. 2004-cü il 2 aqvust tarixdə həmin şöbənin müdiri vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 may tarixli 76 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunda dəyişikliklər edilərək, qaçqınların və məcburi köçkünlərin məsələləri üzrə şöbəsi Humanitar və sosial məsələlər şöbəsinə birləşdirildikdən sonra həmin şöbənin müdir müavini vəzifəsinə təyin edilmişdir.
2019-cu il 26 dekabr tarixdən hal-hazıradək Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Ümumi şöbəsinin Vətəndaşların qəbulu sektorunun müdiri vəzifəsində çalışır.
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli 965 nömrəli Sərəncamına əsasən Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcə Dövlət müşaviri və 2013-cü il 24 iyun tarixli 2958 nömrəli Sərəncamına əsasən 2-ci dərəcə Dövlət müşaviri ixtisas dərəcəsi verilib.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 iyun tarixli 580 №-li Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edilib.
Qurban Sadıqov 12 iyun 1996-cı il tarixdən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Evlidir, iki övladı var.
Təbrik edirik!
AVMVİB Mətbuat Xidməti
