Məktəb direktoru olan şəhid bacısı Fəxri üzvlüyə qəbul edildi…

Şəhid bacısı, Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbin direktoru Həqiqət Xansuvar qızı Məmişova Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İH qərarı ilə fəxri üzvlüyünə qəbul edilib.

AVMVİB sədri Fizuli Rzaquliyev şəhid bacısı H.Məmişovaya qazilərə, veteranlara və onların övladlarına göstərdiyi diqqətə, dəstəyə və qayğıya görə təşəkkür edib.

Həqiqət Xansuvar qızı Məmişova daim qazi və veteranlarımızla təmasda olan vətənpərvərlərimizdəndir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) daim belə insanlarımızı təqdir və təltif edir.

Fəxri üzvlüyə qəbula görə öz minnətdarlığını bildirən Həqiqət Məmişova qeyd edib ki, bir qardaşım şəhid oldu, minlərlə qardaş qazandım. Bütün qazilərin və veteranların simasında qardaşım Etibar Məmişovu görürəm.

Həqiqət Məmişova Xansuvar qızı Kəlbəcər rayonunun Çaykənd kəndində anadan olub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və Fizika fakültəsini fərqlənmə ilə bitirib. Təyinatla Kəlbəcər rayonu, Çaykənd kənd orta məktəbində müəllim işləyib.

1993-cü il 2 aprel tarixdə Ermənistan hərbi birləşmələri tərəfindən Kəlbəcər rayonu işğal edildiyinə görə ailə üzvləri ilə birlikdə məcburi köçkün düşmüş və müvəqqəti olaraq Bakı şəhər Sabunçu rayonunda məskunlaşıb. Sabunçu rayon Zabrat qəsəbəsində fəaliyyət göstərən Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbin direktoru təyin olunub.

YAP üzvüdür.

123 saylı Kəlbəcər seçki dairəsinin 6 saylı seçki məntəqəsinin sədridir.

E. Səlim

Bu xəbəri paylaşın: