Masallı rayonunda 8 Noyabr — Zəfər Günü qeyd olunub

Masallı rayonunda 8 Noyabr — Zəfər Günü münasibəti ilə şəhid Vüsal Məhərrəmovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Masallı rayonunun İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, yerli özünüidarə orqanları, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Masallı rayon şöbəsinin sədri mayor Şahabbas Qəhramanov, təhsil işçiləri, müharibə veteranları, şəhid ailələri iştirak edib.

Şəhid Vüsal Məhərrəmovun keçdiyi həyat yolundan və 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan danşılıb.

Tədbirin sonunda Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov şəhid ailələrini və qaziləri dinləyərərək aidiyyəti üzrə müvafiq göstərişlərini verib.

Turkay

Bu xəbəri paylaşın: