Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xəzər rayon şöbəsinin üzvləri 8 Noyabr — Zəfər Günü bayramı münasibəti ilə tədbir keciriblər.
Xəzər rayon şöbəsi 8 Noyabr — Zəfər Günü münasibəti ilə keçirilən tədbirdə fəal üzvlərini Fəxri fərman və diplomlarla təltif edib.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xəzər rayon şöbəsinin sədri Rasət Tağıyev məlumat verib.
Rasət Tağıyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli digər Sərancamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması qərara alınmışdır.


Noyabrın 8-i xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı! 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç bir yağı düşmənə verən deyilik!
Xəzər rayon müharibə veteranları adından bu gün münasibətiylə hər kəsi təbrik edirik.
Elnur


